Tanımış köşə yazarı Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb. Bu barədə məlumatı Qaynar.info-ya yazarın özü verib.
Zamin Hacı bildirib ki, hansı məqsədlə polisə çağrıldığı barədə məlumatı yoxdur:”Hazırda idarəyə gedirəm. Yanımda “Yeni Müsavat” qəzetinin hüquqi nümayəndəsi Vaqif Hüseyinli var”
İddialara görə isə tanımış yazarı bu gün facebook səhifəsində paylaşdığı bu yazıya görə çağırıblar:”Yanğın qablaşdırmasından çıxın.Sizi öz həyatınızı xilas eləməyə – binalarınızı üzlədikləri yanar konstruksiyaları sökməyə çağırıram. Bu, mitinq-filan deyil, heç Qarabağ da deyil. Birbaşa öz uşaqlarınızın həyatıdır. Sökün, xilas olun. Nə qədər gec deyil.”
Qeyd edək ki, Zamin Hacı həm də Mətbuat Şurasının sədri Əflatun Amaşovun qohumudur.