Raketin gücü Xirosima və Naqasakiyə atılmış atom bombalarının gücündən 40-50 dəfə böyükdür
Rusiya özünün qorxulu silahlarından birini – «RS-24» qitələrarası ballistik nüvə raketini nümayiş etdirib. Ölkənin Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən bu nümayiş videolentə alınaraq internetə yerləşdirilib. Nəhəng nüvə raketinin əsas özəlliyi eyni anda bir neçə şəhəri xəritədən silmək gücünə malik olmasıdır. Bu raketin dağıtma gücü 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının gücündən 40-50 dəfə böyükdür.
Rusiya bu raketini hələ bir il əvvəl sınaqdan keçirmişdi. Həmin vaxt Rusiya Müdafiə Nazirliyi açıqlama vermişdi ki, Arxangelsk bölgəsindəki Plesetsk kosmodromundan atılan raket Kamçatka bölgəsində yerləşən Kura sınaq meydançasındakı hədəfi vurub.
Bununla da, Votkinsk raket zavodunda istehsal edilən “Yars” tipli raketin sınaqdan keçirilməsi uğurlu şəkildə gerçəkləşib.
Qeyd edək ki, çoxbaşlıqlı «RS-24» raketlərinin hərbi qüvvələrin balansına daxil olması ilə Rusiya nüvə hücumundan müdafiə sistemini ciddi şəkildə gücləndirmiş olub.