Mayın 21-də, günün ikinci yarısında iş adamı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun həbsi xəbəri yayılıb. Virtualaz.org saytı özəl mənbəyə istinadən yazıb ki, İ.Axundov "Beynəlxalq Bank işi" üzrə istintaqa ifadə vermək üçün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. Sayt onun 5 gündür həmin idarədə saxlandığını yazıb. nın Beynəlxalq Banka 100 milyon manat borcunun olduğu bildirilir.
Dunyaxeber.com Informasiya Agentliyi tanınmış iş adamı Isfəndiyar Axundov ilə telefon əlaqəsi yaradararaq məlumatın doğru olub-olmaması ilə maraqlanıb. İlk öncə İsfəndiyar Axundov qəti şəkildə bildirdi ki, “ Yazılanlarla bağlı bir mənalı olaraq bildirəm ki, kökündən yanlış informasiyadır. Artıq bununla neçənci dəfədir ki, bəzi saytlarda mənim işgüzarlıq fəaliyyətimə xələl gətirməyə cəhd edirlər. Sizin sayt vasitəsilə ölkəmizdə fəaliyyət göstərən jurnalistlərə bildirirəm ki, haqqımda yalan məlumatların dərci dayandırılmasa məhkəməyə müraciət edəcəm. Məlumatı dəqiqləşdirib ictimaiyyətə ötürmək hər bir jurnalistin birbaşa vəzifə borcudur”.