“Mənim ANS kanalı ilə heç bir konfliktim yoxdur. 18 il orada çalışmışam”. Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında ATV-nin aparıcısı Mətanət Əliverdiyeva ANS televiziyasının onun ötən günkü səhvinə həsr etdiyi silsilə süjetlərə cavab olaraq deyib. Aparıcının sözlərinə görə, bunun səbəbi rəqabətlə bağlıdır: “Hazırda ən güclü rəqabət mənimlə gedir. Deyirlər ki, Mətanət şpaqat açır. Ona qalsa, mən ANS-də də şpaqat açırdım, onda niyə demirdilər?! Eybi yoxdur. Rəhbərlik və mətbuat xidməti bu məsələ ilə bağlı lazım olan cavabı verəcək”.