Yanan uşaqların ruhunu təhqir edən aparıcıya etiraz (VİDEO)
21-05-2015, 23:27
Sosial şəbəkələrdə olduğu kimi küçədə də insanlar teleaparıcı Mətanət Əliverdiyevanın ATV-nin efirində işlətdiyi ifadələri, faciə qrubanlarını “külək apardı” deməsini mənfi qarlışayıblar.
ANS TV rəyini soruşduğumuz insanların fikirlərini sizə təqdim edir.
“Məlum yanğın hadisəsi ilə bağlı bir kanalın teleaparıcısı deyib ki, “biz o faciəni lap belə, faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”. Axı bu belə deyil. Əgər bu şişirdilməsə, qabardılmasa insanlar məsuliyyətini başa düşə bilməz. 15 nəfərin ölümü az deyil. Onların içərisində azyaşlılar, qocalar və qadınlar var. Bəs, onların taleyinə biganə qalmaq olarmı?”
Paytaxt sakini Fikrət Əlizadə: “Jurnalistin "bu şişirdilməməlidir" deməsi düzgün deyil. Biz bu hadisəni özümüz üçün şişirtməliyik. Başqaları üçün yox”.
Paytaxt sakini İbrahim Quliyev: “Bu hadisə hamımızı kədərləndirdi. Hər birimiz hadisə zamanı dünyasını dəyişənlərin ailə üzvülərinə başsağlığı verməliyik. O insanların dərdinə şərik olmalıyıq. Bu dərdə şərik olmaqdır, şişirtmək deyil. Əgər bunu jurnalist deyirsə, hesab edirəm ki, o, məsələyə düzgün yanaşmır”.