Cənubi Koreyanın Jeongeup şəhərində Yu adlı müəllim tələbələrə həyatın dəyərini göstərmək üçün qeyri-adi addım atıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Yu tələbələrin heyvanlara qarşı mənfi münasibətini görəndən sonra hamster siçanı yeyib. Müəllimlərin etirazından sonra dərs dediyi yerdən ayrılan Yu bildirib: “Mən tələbələrin hamsterlərə sataşdığını gördükdən sonra əsəbiləşdim. Vəziyyətə nəzarət edə bilmirdim. Hamsterlərun bu səbəblə öldüyünü izləyərəkən, tələbələrə bunun yanlış olduğunu öyrətmək istədim. Bundan sonra hamsteri dişləyərək öldürdüm və onu yedim”. Modern.az