Bu ölkədə qızlar yemək üçün özlərini satır - FOTOLAR

21-05-2015, 23:43   

Ebola virusundan sarsılan Qərbi Afrika ölkələri ikinci bir faciə ilə üzləşib. Syerra-Leone-də virusdan sağalan insanlar aclıqla mübarizə aparır. Eboladan sağ çıxan uşaqlar ya qida çatışmazlığından vəfat edir, ya da bir qarın yemək üçün cinsi istismara məruz qalır.

Publika.az-ın məlumatına görə, bu barədə Britaniya Xeyriyyə Cəmiyyətinin Syerra-Leone-də yaşayan uşaqlarla bağlı hazırladığı hesabatında bildirilir. Hesabata görə, 12 min uşaq yetim və himayəsiz qalıb.

Cəmiyyətin açqılamasında bildirilir ki, həmin uşaqlarda Ebola təhlükəsi olduğu üçün onlardan imtina edilib. Aciz qalan uşaqların bir neçəsi intihara cəhd edib. Qızlar yemək üçün ölərini satmağa məcbur olur.

Məsələn 13 yaşlı İbrahim və 10 yaşlı Aminat hər iki valideynlərini Ebola xəstəliyindən itirib. Uşaqların əmisi karantin zamanı qida məhsuallarından məhrum olub. Bununla belə, onların əmisi Məhəmməd Lamin uşaqları yedirtmək üçün əlindən gələni edib. “Uşaqlar valideynlərini itirdiyi üçün sarsıntı keçirmişdi. Fermamı karantin vaxtı itirdim. Ona görə yeməyi öz uşaqlarım və qardaşım uşaqları arasında bölməli idim. Bununla belə, İbrahim və Aminata gündən günə arıqlayırdı. Onlar ağlayıb yemək istəyəndə deyirdim ki, bir az da dözün, tezliklə yemək olacaq. Fevral ayında İbrahim vəfat etdi, üstündən bir həftə sonra isə Amanata öldü. Uşaqlar Ebola virusunun vurduğu ziyanların və aclığın qurbanı idi”, - Lamin deyib.

Nura





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar