Qızın əmisi gəlin üçün 500 min dollar alıb.

23-05-2015, 15:27   


Qızın əmisi gəlin üçün 500 min dollar alıb.

Pavlodarda (Qazaxıstanın şərqində şəhər, eyniadlı administrativ vilayətin mərkəzidir) polis zorla ərə verilən 18 yaşlı Leyla Temirkiyevanın qaçırılmasına dair məhkəmə öncəsi araşdırmaya başlayıb.

Bu barədə “Pavlodarnews”-un məlumatına əsasən şəhər prokurorluğunun əməkdaşları bəyan ediblər.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, nəşrin məlumatına əsasən, qızı artıq 17 ildir ayrı yaşadığı atasının qohumları oğurlayıblar. Bir neçə ay bundan öncə onlar Temirkiyevaya yaşlı kişinin şəklini gətirərək, bu kişinin onun nişanlısı olduğunu və Moskvada yaşadığını bildiriblər.

“Qız mənə dedi ki, ərə getmək istəmir, ərə getməyə razılığı isə hədə-qorxu ilə əldə ediblər, belə ki, razı olmasa anasını və qardaşını öldürəcəkləri ilə hədələyiblər”, - Pavlodar prokurorunun köməkçisi Gülmirə Kajiyeva bildirib.

Məlumata müvafiq olaraq, Temirkiyevanın doğma əmisi qız üçün 500 min dollar pul alıb.

Hal-hazırda Temirkiyeva cənub rayon polis şöbəsinə gətirilib. Prokurorluqda bildiriblər ki, əgər oğurlanan şəxs hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etsə ailənin müdafiəsi təmin ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar