İŞİD-ə məxsus ingilis dilində yayılan «Dabik» jurnalı son sayında ABŞ prezidentinin xanımı Mişel Obamanın qul bazarında satışa çıxarılajağı təqdirdə qiymətinin nə qədər olacağını açıqlayıb. Ümiyyə Sümeyyə əl Mühacir adlı müəllif İŞİD-in qul bazarı siyasətini müdafiə edərək bunu Qərb mədəniyyətinə də daşıyacaqlarına söz verib: «Allaha and içirəm ki, qul bazarları qurulacaq və kim bilir, Mişel Obamanın qiyməti dinarın üçdə birini keçməyəcək».
Türkiyənin «Sözcü» qəzetinin yaydığı bu xəbərdə bir dinarın 360 lirə olduğu bildirilir: «Bu da o deməkdir ki, Mişel Obamaya qoyulan qiymət 120 lirədir».
Ümmiyə Mühacir bundan əvvəl də həmin nəşrdə İŞİD-in siyaəstini dəstəkləyən məqalələrlə çıxış etmişdi. Müəllif müsəlman kişiləri kimi, qadınlarının da İŞİD-in xilafət elan etdiyi torpaqlara hicrətinin vacibliyindən danışmışdı. O, savaş yolu ilə əsir alınmasını da təqdir edərək bunu ilahi hikmət adlandırmışdı.
Gültəkin