Əliyev Putinə verdiyi sözü tuta bilmədi

25-05-2015, 09:27   
Əliyev Putinə verdiyi sözü tuta bilmədi
Hakimiyyət beynəlxalq təzyiqə təslim oldu

“Şərq tərəfdaşlığı” ölkələrinin Riqa sammiti başa çatdı. Xeyli müddət idi ki, bu tədbir haqqında geniş müzakirələr aparılırdı. Azərbaycan hakimiyyəti də müxtəlif manevrlərlə sammitdə iştirakdan yayınmaq istəyirdi. Uzun müzakirələrdən sonra Ilham Əliyev iştirakdan boyun qaçırdı və xarici işlər naziri Elmar Məmmədyarov qabağa verildi. Amma bu yerdəyişmə heç nəyi dəyişmədi. Azərbaycan da daxil olmaqla “Şərq tərəfdaşlığı” ölkələrinin hamısı yekun deklarasiyaya imza atdılar. Sənəddə “Krımın işğalı” sözü də saxlanıldı və Litva prezidenti Dalya Qribauskayte jurnalistlərə açıqlamasında bildirdi ki, Krımsız deklarasiya imzalanmazdı.
Bütün bunları niyə xatırlatdıq. Xatırlayırsıza, AŞ PA-da Rusiyanın Ukrayna təcavüzünə cavab olaraq, Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqi ilə bağlı səsvermə keçirilmişdi. Həmin səsvermə zamanı Azərbaycan hökuməti Rusiyanı dəstəklədi. Yəni işğala məruz qalmış bir ölkə işğalçının tərfində dayandı. O zaman da yazmışdıq ki, hakimiyyətin bu addımı faktiki olaraq Qarabağdan imtina etmək deməkdir. Çünki, işğlçını dəstəkləmək, işğala məruz qalmış ölkənin bütün arqumentlərini sıradan çıxarır. Amma bu faktorlara önmə verilmədi və Rusiya müdafiə olundu. Bundan əvvəlki proseslərdə də Azərbaycan hakimiyyəti Rusiyanın müdafiəsi ilə məşğul olub. Bugünlərdə isə Ilham Əliyev Rusiyanın “Rossiya-24" kanalına müsahibə verdi və bütün hallarda Rusiyanın dəstəkləyəcəyini söylədi. Ilham Əliyev qeyd etdi ki, biz bağlı qapılar arxasında deyil, açıq şəkildə Rusiyanın mövqeyini imüdafiə etmişik və bundan sonra da mövqeyimiz dəyişməz qalacaq.
Amma Riqa sammitində Azərbaycan hakimiyyəti yekun bəyannaməni imzaladı. Yəni AŞPA-dakı səsvermədə Krım məsləsinə görə Rusiyanı seçənlər, bu dəfə eyni məsələnin nəzərdə tutulduğu sənədə imza atdı.
Bu onu göstərdi ki, hakimiyyət beynəlxalq təzyiqin qarşısında geri çəkildi. Əslində, bu hadisədə ən böyük mesaj ölkə vətəndaşlarına verildi. Ölkə ictimaiyyəti başa düşməlidir ki, hakimiyyətin antiQərb kampaniyası sadə vətəndaşa hesablanmış addımdır. Amma məqam yetişəndə beynəlxalq təzyiq öz sözünü deyir.
Hakimiyyət dünənə qədər “bizim öz yolumuz var”, “heç kim bizim siyasətimizə qarışa bilməz” söyləyirdi. Amma Riqada bəyannaməyə imza atmaqla etiraf etdi ki, demokratik dünyaya qarşı gəlmək olmaz. Deməli, vəziyyət kritik həddə çatanda Rusiyanın da müdafiəsi yaddan çıxır. Əlbəttə, bu bəyannamənin imzalanması yaxşı haldır. Azərbaycanın Avropa Birliyi ilə normal münasibətlərdə olması, bu istiqamətdə addımların atılması müsbətdir. Amma Azərbaycan hakimiyyəti bu addımları “tupik”ə dirənəndə deyil, könüllü şəkildə atmalıdır.
Bugün formalaşan dünyada Rusiya kimi ölkələr hər hansı perspektiv vəd etmir. Dövlətin və millətin maraqları Qərbə inteqrasiyada ifadə olunur. Azərbaycan da bu prosesdən kənarda qala bilməz.
Ona görə də ölkə vətəndaşları başa düşməlidir ki, hakimiyyətin əzələ nümayişi sabun köpüyündən başqa bir şey deyil.
Reallıq budur ki, Əliyev Riqa bəyannaməsinə imza atmaqla Putinə verdiyi vədə əməl edə bilmədi.
Azad
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar