Məktəb müdiri pul səpdi (FOTO)

26-05-2015, 13:24   

Türkiyədə məktəb müdiri uğurlu şagirdləri qeyri-adi yolla mükafatalandırıb. ANS PRESS-in məlumatına görə, Karaman şəhərində orta məktəb müdiri olan Ümit İbrahim Öztürk şagirdlərin başına pul səpib.

Direktor illik qiymətləri yaxşı olan, tərif alan şagirdlərini bir-bir sinfin mərkəzinə çıxararaq onların başına pul töküb. Birinci olan şagird üçün 20, ikinciyə 15, üçüncü üçün isə 10 lira pul səpib.

"Bax necə təptəzədir. Bankdan gətirmişəm bunları", deyərək atılan pulları şagirdlər yerdən yığıblar.

Ən maraqlısı odur ki, sinifdə baş verənlər klip formasında hazırlanıb və məktəbin saytında yerləşdirilib.
Lakin valideynlərin sərt reaksiyasından sonra video yığışdırılıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar