Rusiyada 50 yaşlı sərxoş sürücü avtomobili ilə öz qızını vurub öldürüb.
ANS PRESS-in məlumatına görə, bədbəxt hadisə mayın 25-dən 26-na keçən gecə olub. "Niva" avtomobilini idarə edən bir sürücü balıq ovundan qayıdan zaman yeniyetmə qızı vurub. 16 yaşlı qız maşının getdiyi istiqamətdə yolun kənarı ilə gedirmiş. Onun aldığı xəsarətlər kifayət qədər ağır olub. Nəticədə qız aldığı xəsarətlərdən yerindəcə keçinib.
Məlum olub ki, ölən qız sürücünün doğma qızı - Anastasiya olub. Qız doqquzuncu sinifdə oxuyurmuş.
Araşdırma zamanı adamın sərxoş olduğu müəyyən edilib. İndi doğma qızını öldürən sərxoş sürücünün cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi müzakirə olunur.