Ailə həyatı quran yol polisi komissar Fevzi Söztutar nigah mərasiminə özü ilə xidməti radiostansiyanı da aparıb.
Məmur nigahı elan etməyə hazırlaşarkən radiostansiyadan eşidilən anons səsi hamını şok salıb.
Anonsda deyilən, "İdarədə imzalamalı olduğunuz bəzi sənədlər var, tez idarəyə gəlin” – sözlərinə qarşılıq olaraq komissar, "İndi evlənmək üzrəyəm. Daha önəmli imzam var. Ona görə də sənədləri sonra imzalayaram” – cavabını verir.
Qonaqların gülüşmələri ilə müşayiət olunan bu cavabdan sonra nigah mərasimi davam edib.
Baş verənlərin planlı, yoxsa gülməli bir təsadüf olması barədə məlumat verilməyib. (xəzərxəbər)