Nobel prospekti, Zığ yolunda penoplastla üzlənmiş binada baş verən yanğından sonra aparılan təmir işlərinin gedişi sakinlərin ciddi narazılığına səbəb olub.
Xüsusilə də ətrafdakı binalardan penoplastlar söküldükdən sonra balkonların bağlanması tapşırığının verilməsi sakinləri narazı salıb.
Sakinlərin sözlərinə görə, balkonlar hörülərkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Kərpiclə hörülən balkonların hörgüsündə sadəcə sementdən istifadə olunur ki, bu da onların gələcəkdə hansısa təkanda uça biləcəyi təhlükəsini yaradır.
Sakinlər bununla bağlı əlaqədar qurumlara müraciət etsələr də hələlik şikayətləri aradan qaldırılmayıb.//interpress.az