Həbs edilən oliqarx azadlığa buraxıldı

27-05-2015, 17:38   
Həbs edilən oliqarx azadlığa buraxıldı
Banklardan götürdüyü kreditləri qaytarmamaqda ittiham olunaraq saxlanılan oliqarx Hacı İbrahim Nehrəmli bu gün azadlığa çıxıb.

ANS PRESS xəbər verir ki, bu barədə virtualaz.org saytına iş adamının yaxın dostu Tofiq İsmayılov məlumat verib.

Qeyd edək ki, Hacı İbrahim mayın 12-dən etibarən DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin təcridxanasında saxlanılırdı.

Ondan Azərbaycan Beynəlxalq Bankına olan kredit borclarını vaxtından əvvəl qaytarmaq tələb olunurdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar