Emin Ağalarovun əkizləri onunla belə zarafat etdilər (VİDEO)
27-05-2015, 18:42
Azərbaycan əsilli Rusiya müğənnisi EMİN ABŞ-da ulduzluq zirvəsini fəth etməyə ümid bəsləyir.
ANS TV-nin məlumatına görə, 35 yaşlı müğənni “Associeted Press”ə verdiyi msahibədə Birləşmiş Ştatların onun ikinci vətəni olduğunu, burada ilk dəfə velosiped və maşın sürməyi öyrəndiyini, ilk sürücülük vəsiqəsini aldığını xatırladıb.
O, Amerikanın musiqi aləmində uğurlara nail olmağa çalışdığını bildirib. İfa etdiyi mahnıların müasir pop musiqi ilə, klassik Amerika musiqisinin unikal sintezi olduğunu deyən EMİN özünün təbiətcə balladaçı hesab etdiyini, sevgi balladalarına üstünlük verdiyini bildirib.
Müsahibəsində EMİN bu il yeddi yaşı tamam olacaq əkizlərindən də söz açıb.
“Hazırda Maykl Ceksonla əməlli başlı rəqabətdəyəm. Ötən ilin may ayında ilk "World Music Avard" mükafatını aldım və geri döndüm. Uşaqlar “Nə olsun, Maykl Ceksonun 100-dən çox mükafatı var, ancaq sən 1 mükafatla öyünürsən” deyə mənimlə zarafat etdilər.
Ancaq həmin vaxtdan cəmi bir il keçsə də, artıq 3-4 belə musiqi mükafatı qazanmışam. Ona görə Ceksona çatmağa ümid edirəm”.
Qeyd edək ki, EMİNin ABŞ-da satışa çıxan yeni albomu “Mor Amor” adlanır.