Nemtsovun qızı: “Atamın öldürülməsi siyasi edamdır”

27-05-2015, 21:18   

Moskvada güllələnən Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qızı Janna Almaniyanın Bild tabloidinə müsahibəsində deyib ki, onun atasını həmişə hakimiyyətin əleyhinə bərkdən danışdığına, kütləvi etirazların təşkilatçısı olduğuna və Ukraynadakı müharibə haqda həqiqətləri söylədiyinə görə öldürüblər: “Müxalif siyasətçi kimi hakimiyyət onu özünə təhlükə kimi qəbul edirdi. Bu, avtoritar rejimin təbiətidir”.

Modern.az-ın verdiyi xəbərə görə, Yanna atasının ölümünü siyasi edam kimi dəyərləndirir: “Təkcə qətl yerinin Kremlə yaxın olması böyük rəmzi məna daşıyır. Bu vasitə ilə hakimiyyət xalqı qorxutmaq istəyib. Bu, onlarda alınıb”.

Siyasətçinin qızı deyib ki, qətllə bağlı istintaqın gedişindən də razı deyil: “İstintaqın yeni rəhbərinin bu sətirləri oxumaq xoş olmayacaq. Ancaq düşünürəm ki, o, həqiqətən atamın öldürülməsinin sifarişçisinin tapılmasına və məhkəmə qarşısında dayanmasına maraqlıdır”.

Boris Nemtsov fevralın 27-də axşam qətlə yetirilib. Bu qətlə görə 5 nəfər - Zaur Dadaev, Anzor və Şadid Qubaşevlər, Xamzat Baxaev və Tamerlan Eskerxanov ittiham olunur. Onların hamısı barəsində Moskvanın Basmannı məhkəməsi mart ayının əvvəllərinə həbs qətimkan tədbiri seçib.



Modern.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar