Rəcəb Tayyib Ərdoğanın prezident sarayının qanunsuz olaraq tikildiyi barədə Türkiyə Ali Məhkəmə Şurasının mayın 26-da çıxardığı qərar Qərb mətbuatının böyük marağına səbəb olub. Bir çox tanınmış nəşrlər öz səhifələrində bu xəbərə yer ayırıblar. Qərarla bağlı ən çox məqalə dərc edən isə Almaniya mətbuatı olub.
Qərb mətbuatı Ərdoğanın sarayının qanunsuz olmasından yazdı
Almaniyanın «Bild» qəzeti xəbəri «Ərdoğanın təmtəraqlı sarayı qanunsuz elan edildi» başlığı altında verib: «Türkiyənin ən ali məhkəmə instansiyası prezident Ərdoğanın mübahisəli sarayının qanunsuz olduğunu elan etdi».
«Stern»də eyni başlıq altında dərc edilən məqalədə bu qərarın Ərdoğanın xoşuna gəlməyəcəyi bildirilir: «Rəcəb Tayyib Ərdoğan rəsmi iqamətgahının qanuni olduğunu iddia etsə də, məhkəmə 1100 otaqlı sarayın qanunsuz tikildiyini elan etdi».
«Die Welt»in yazdığına görə, Ərdoğanın mübahisəli sarayı qanunsuz elan edilib və bununla binanın inşası üçün verilən icazə qüvvədən düşmüş olub.
«Der Spiegel» xəbəri «Məhkəmə Ərdoğanın sarayını qaçaq elan etdi» başlığı ilə verərək prezident iqamətgahının 1100 otaqdan ibarət olduğunu yazıb və saraya yüzlərlə milyon avro xərcləndiyini bildirib: «Bu qərardan sonra saray qanunsuz tikili statusunu aldı. Türk hakimlər Ərdoğanın sarayının inşası üçün verilən icazəni qanunsuz saydı».
«Süddeutsche Zeitung» məlumatı «Ərdoğanın sarayı qanunsuz tikili imiş» başlığı ilə təqdim edib: «200 min kvadrat kilometrlik sahə, 1100 otaq. Türkiyə prezidenti çox dəbdəbəli bir binada oturacaq. Türkiyənin ən ali məhkəməsi bu binanın tikilməməli olduğu barədə qərar verib».
«Frankfurter Allgemeine Zeitung» xəbəri «Məhkəmə qərar verdi, Ərdoğanın sarayı qanunsuz tikilidir. Prezident sarayı bir neçə ay əvvəl açılıb. Dəbdəbəli olduğu üçün müxalifətin hədəfindədir. İndi də məhkəmə binanın qanunsuz tikildiyi barədə qərar çıxardı».
Gültəkin