Məşhur Rusiyalı yazıçı Lena Lenina yenidən diqqət mərkəzinə düşüb.
ANS PRESS-in məlumatına görə, Rusiyanın ən populyar simalarından biri bu dəfə çimərlikdə olan şəkillərini yayıb.
Jurnalistika ilə də məşğul olan Lena dəniz kənarında çəkdirdiyi açıq-saçıq şəkillərini sosial şəbəkədə yayıb.
Lenanın kitabları həm vətənində, həm də Fransada çap olunur və daim geniş rezonans doğurur. Lena Lenina Fransada seriala da çəkilib. Şou-biznes və iş dünyasının məşhurlarının ziyafətlərində daim diqqət mərkəzində olur.
Lenanın kitablarının təqdimatına hətta onu sevməyənlər də gəlməyə can atır. Çünki qalmaqallı Lenanın bütün tədbirlərində nə isə bir yenilik olur.