Dünyanın ən zəngin şəxsləri, rus oliqarxları, hətta Hollivud məşhurlarının arıqlamaq üçün getdiyi Avstriyadakı "Viva Mayr" klinikasında tətbiq edilən sağlamlıq proqramı kitab şəklində nəşr olunub.
Kitaba salınan pəhriz proqramı daha canlı bir dəri və daha enerjili olmağı vəd edir. Üstəlik ağır idmana, saatlarla kələm şorbası yeməyə, hər loxmanızda kalori hesablamanıza gərək yoxdur. Kitabda dünyanın ən məşhur insanlarını 14 gündə arıqladan pəhrizin sirləri açıqlanıb.
Milli.Az lent.az-a istinadən həmin kitabdan bəzi qeydləri təqdim edir. Arıqlamaq istəyənlər mütləq oxusun!
Şəkər və kofeindən mütləq uzaq durun. İlk üç gün yorğunluq və baş ağrısı hiss etməniz təmizlənmənin təsiridir. Bədənin tempi saatlar irəlilədikcə yavaşlayır. Günün ilk yarısında qidaların həzmi daha asan olduğundan ağır yeməklər günorta 12-yə kimi yeyilməlidir.
Tərəvəz və meyvələri gündüz yeyin.
Axşam yeməyində şorba, ya da az bişirilmiş balıq və ya tərəvəzlər yeyilməlidir. Axşam yeməyi saat 18:00-dan gec olmamalıdır.
Çəki atmağın ən mühüm sirlərindən biri də qidaları çeynəmə qaydasıdır. Nə qədər çox çeynəsəniz, o qədər az yeyərək doyarsız. Çox çeynəməklə beyinə doyma siqnalı tez ötürülür. Hər loxmanı ağzınızda 30-40 dəfə çeynəyin. İlk dəfə 15-dən çox çeynəyə bilməsəni,z narahat olmayın. Zamanla öyrənəcəksiz.
Yeməklə su içməyin. Səhər yeməkdən əvvəl bir stəkan ilıq su için. Gün ərzində 2-3 litr su qəbul edin. Su yeməklə deyil, yemək aralarında içilməlidir. Ən idealı yeməkdən 15 dəqiqə əvvəl, yeməkdən 1 saat sonra içməkdir.
Sudan başqa bitki çayı, süd və meyvə suyu da içə bilərsiz. Çay və qəhvə 14 gün boyunca içməyin. Şərab isə kiçik bir qədəh bəs edir.
Tərəvəz və meyvələrdən bol yeyin. Tam taxıl məhsulları da yeyilməlidir.
Doymuş yağlardan uzaq durun. Omega 3, 6, 9 kimi yağları fındıq, zeytun, ayçiçəyi, kətan toxumu kimi məhsullardan əldə edin.
Qırmızı ət və sosiska kimi məhsullardakı işlənmiş yağ olduqca zərərlidir.
Qaraciyər və böyrək kimi bədəni təmizləyən orqanlara lazımlı protein qəbulu mütləq olmalıdır. Ən az iki gündə bir balıq, pendir, ət kimi heyvan mənşəli qidalar yeyin.
Milli.Az