Azərbaycanda andiçmədə kütləvi zəhərlənmə

28-05-2015, 22:08   
Azərbaycanda andiçmədə kütləvi zəhərlənmə
Cəlibabad rayonunda kütləvi zəhələnmə baş verib. "Qafqazinfo"nun məlumatına görə, Tovuzun Ağdaş kəndindən olan 18 nəfər şəxs qohumlarının andiçmə mərasimində iştirak etmək üçün Cəlilabadın Göytəpə qəsəbəsinə gəliblər.

Qohumlar Göytəpədə evdə bişirilmiş yeməklərdən süfrə açıblar və kütləvi zəhələnmə də məhz bu yemək tədarükündən olub.

Zəhərlənənlərdən 7 nəfəri Cəlilabad Rayon Xəstəxanasına çatdırılıb. Onların arasında 2 uşaq da var, xəstələrin birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, zəhərlənmə dolmadan baş verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar