Abdullayevin qatıldığı konqresindəki bomba xəbərdarlığından son xəbər (CANLI, YENİLƏNİB)

29-05-2015, 16:57   

FIFA konqresində bomba xəbərdarlığından sonra yoxlamalar başa çatıb.

ANS PRESS-in məlumatına görə, yoxlamalar nəticəsində konqres keçirilən binada heç bir bomba aşkarlanmayıb. Hazırda Konqres sdavam edir.

17:18

İsveçrənin Sürix şəhərində keçirilən FIFA konqresində bomba xəbərdarlığı edilib.

ANS PRESS-in məlumatına görə, şəhər polisi yerli saatla 11: 00-da bomba xəbəri ilə bağlı məlumat əldə etdiklərini təsdiqləyib. Verilən məlumatlara görə, təhlükəsizlik məqsədi ilə FIFA konqresi yarımçıq qalıb və salon boşaldılıb.

Konqresdə işləyən jurnalistlər də zaldan uzaqlaşdırlıb. Konqresin davam edib etməyəcəyi isə hələ bilinmir.

Qeyd edək ki, İsveçrənin Sürix şəhərində 28 may tarixindən etibarən FIFA-nın 65-ci konqresi öz işinə başlayb.
Bu gün yekunlaşacaq Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Konqresdə FIFA prezidenti vəzifəsinə iki namizəd – hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn – arasında seçki keçirilməsi planlaşdırılırdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar