Hindistanın Nyu Dehli şəhərində yerləşən İndira Qandi beynəlxalq hava limanında Türk Hava Yolları (THY) şirkətinə məxsus təyyarədə nüvə sızıntısı qeydə alınıb.
Axar.az xəbər verir ki, “Röyter”in məlumatına görə, hökumət və hava limanı rəhbərliyi nüvə sızıntısının İstanbula aparılan bir tibbi vəsaitdən qaynaqlandığını iddia edib.
Dövlət rəsmiləri THY yük təyyarəsindəki sızıntının dayandırıldığını və atom enerjisi mütəxəssislərinin hava limanına çağırıldığını bildirib.
Qeyd edək ki, sızan maddə xüsusi bir xəstəxana tərəfindən xərçəngin müalicəsi üçün sifariş verilib.