Pirallahı rayonunda dəhşətli qətl.
Azərbaycan paytaxtında dəhşətli qətl törədilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.
Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.
İlkin məlumata görə, Y.Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.