Analarının məşuqunu öldürən qardaşlar: “... bizim namusumuza əl uzadan adamı öldürmüşük”

3-06-2015, 20:14   
Almaniyada türklər arasında namus davası
Analarının məşuqunu öldürən qardaşlar: “... bizim namusumuza əl uzadan adamı öldürmüşük”

Almaniyada Türk qətlə yetirilib. ANS PRESS-in məlumatına görə, hadisə Dusiburg şəhərində qeydə alınıb. Həmin şəhərdə yaşayan 29 yaşlı D.Q, vəhşicəsinə qətlə yetirilib. Onun bədəninə çoxsaylı bıçaq zərbələri vurulub.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsi öldürənlər də 2 nəfər türk əsillidir. Polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər də saxlanılıblar. Məlum olub ki, D.Q.-ni 24 və 14 yaşlı iki qardaş qətlə yetirib. Hadisə namus üstündə baş verib.

D.Q. 42 yaşlı türk əsilli bir qadınla tanış olub. Qadın dul olub. Onların arasında tanışlıq sonradan sevgi münasibətlərinə keçib. İyunun birində D.Q. qadının evinə gedib və onlar cinsi əlaqədə olublar. Bu zaman qadının oğlanları evə gəliblər və analarını başqa kişi ilə birlikdə yataqda yaxalayıblar.

Qardaşlar analarını da bıçaqlayıblar, onun sevgilisini isə vəhşicəsinə öldürüblər.

Polisə verdikləri izahatda onlar törətdikləri cinayətə görə peşman olmadıqlarını bildiriblər: “Anamızla yatan, bizim namusumuza əl uzadan adamı öldürmüşük. Buna görə bizi qəhrəman saymaq olar”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar