Sosial şəbəkədə bir cütlüyün maraqlı videosu yayılıb.
Axşam.az-ın məlumatına görə, sevgilisinə yalandan hamilə olduğunu deyən qız özü zarafatın "qurbanı" olur.
Gizli kamera ilə çəkdiyi görüntülərdə o, inandırıcı olmaq üçün hamiləlik testindən də istifadə edir.
Lakin oğlan bunu eşidən kimi, qızı ona xəyanət etməkdə günahlandırır.
O, idmanda aldığı zədəyə görə heç vaxt ata ola bilməyəciyini, qızın onun başqası ilə aldatdığını deyir. Eşitdiklərindən şoka düşən gənc qız ağlamağa başlayınca oğlan kameranı əvvəldən gördüyünü və onun zarafatını bildiyini deyir.