AABŞ-ın Dallas şəhərində mayın 4-də İŞİD-in hücumuna məruz qalan sərgi bu dəfə Hollandiyada keçiriləcək. Axar.az xəbər verir ki, radikal sağçı Azadlıq Partiyasının lideri Geert Vilders Həzrəti Məhəmməddən bəhs edən karikaturaların televiziyaya çıxarılmasını tələb edib. Qılınc deyil, qələm istifadə edən insanları dəstəkləmək üçün televiziyada yayımlanma qərarının verildiyini deyən Vilders geri çəkilməyəcəklərini bildirib: “Karikaturaları yaymasaq, Texasda muzeyə hücum edən şəxslər bunun işə yaradığını və bizim qorxduğumuzu düşünəcək”. Xatırladaq ki, mayın 4-də Amerika Azadlığın Müdafiəsi Təşəbbüs Qrupu tərəfindən Məhəmməd peyğəmbər mövzusunda karikatura müsabiqəsinin keçirildiyi salonda terror hadisəsi baş vermişdi. Harland şəhər polisinin açıqlamasına görə, avtomobildən iki silahlı düşərək oradakı mühafizəçilərə atəş açmışdı. Polislərin cavab atəşi nəticəsində hücum edənlər öldürülmüş, bir mühafizəçi isə yaralanmışdı. -