Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Bingöl şəhərində mitinqdə çıxışı zamanı media maqnatı Aydın Doğanı sərt sözlərlə tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, Media maqnatını bir sıra xarici güclərin maşası olmaqda ittiham edən Ərdoğan, onları homeseksuallarla birlikdə Fətullah Gülənin, erməni lobbisinin dəstəklədiyini iddia edib. Türkiyənin qaranlıq dövrlərinin geridə qaldığını söyləyən Ərdoğan A.Doğanın hegomonluq dövrünün bitdiyini bildirib.
Türkiyədə kürd mənşəli vətəndaşların səsinə iddia edən HDP də Ərdoğanın qəzəbindən yan keçməyib. Bu partiyanın sədri Səlahəddin Demirtaş Ərdoğan tərəfindən bar müğənnisinə bənzədilib.[media=https://www.youtube.com/watch?v=wUQ34EY0RoA]