Ermənistanın paytaxtı yenidən etiraz meydanına çevrilib.
ANS TV-nin məlumatına görə, əsgər valideynləri İrəvanda prezident administrasiyasi qarşısında etiraz aksiyası keçiriblər.
Qeyri-döyüş şəraitində həlak olan əsgər analarının və yaxınlarının aksiyasının qarşısını almaq üçün polis fiziki güc tətbiq edib.
Polislə uzun müddət mübahisəsindən sonra bəzi aksiyaçılar etiraz əlaməti olaraq yerə uzanıb. Lakin polis aksiyani dağıdaraq etirazçıları o cümlədən əsgər analarının bölməyə aparıblar.