I siniflərə qəbulun vaxtı uzadıldı

5-06-2015, 15:54   
I siniflərə qəbulun vaxtı uzadıldı
Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərin (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 15-dən etibarən 1 sinfə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılmış işçi qruplarına təqdim edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar