Bakıda iki övladını qətlə yetirən qadının əri saxlanılıb - təfərrüat

5-06-2015, 16:39   
Bakıda iki övladını qətlə yetirən qadının əri saxlanılıb - təfərrüat
APA-nın məlumatına görə, iki övladını boğaraq öldürən N. Quliyevanın əri Asif Məlikzadə faktla əlaqədar Sabunçu Rayon Prokurorluğuna dəvət edilib. Hazırda A. Məlikzadənin ifadəsi alınır.

N. Quliyeva hadisəni törətməzdən əvvəl məktub yazıb. Məktubda deyilir: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.

Qeyd edək ki, məlum hadisə ötən gün Sabunçu rayonu Albalılıq yaşayış massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva övladları 2012-ci il təvəllüdlü Aydan Asif qızı Məlikzadə və 10 aylıq Ayşənin boğazını kəsərək öldürüb.

Hadisədən sonra N. Qurbanova intihar məqsədi ilə özünü bıçaqlayıb. Ağır bədən xəsarəti alan N. Qurbanova 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

2 övladını qətlə yetirən ana ilə bağlı Hafta.az-a yeni məlumatlar daxil olub. Saytın yazdığına görə, övladlarını qətlə yetirən Nəsibə Nəsib qızı əslən naxçıvanlıdır. Elə onun yoldaşı Asif də Nəsibəni əsgərlikdən gəldikdən sonra Naxçıvandan qaçırıbmış.

Saytda dərc olunan materialda qeyd bildirilir: "Ailənin dolanışıq səviyyəsi aşağı olub. Asifin (Nəsibənin yoldaşı) atası, məhəllədə kiçik mağaza işlədirmiş. Nəsibə gəlin gəldikdən sonra o, dünyasını dəyişib. Bundan sonra isə Asifin anası Nəsibə ilə tez-tez dalaşırmış. O deyirmiş ki, sən gəlin gəldikdən sonra yoldaşım rəhmətə getdi. Sənin ayağın bəddir.

Nəsibə uşaqlarını qətlə yetirdiyi zaman evdə tək olub. Hadisədən xəbərdar ilk olaraq onun qayınanası olub. O, evə gələrkən nəvələrini qanın içərisində, Nəsibəni isə bir neçə yerindən yaralanmış görüb. Təcili tibbi yardım maşını gəldikdə Nəsibə yalvarıb ki, məni uşaqlarımdan ayırmayın. Qoyun mən də ölüm”.

Bildiririk ki, artıq uşaqlar - 2012-ci il təvəllüdlü Aydan Asif qızı Məlikzadə və 10 aylıq Ayşən torpağa tapşırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar