Kazanın FHN əməkdaşları intihar etməyə çalışan 27 yaşlı qızı xilas etməyə çalışıblar.
Körpüdən tullanaraq intihar etmək istəyən qız son anda fikrindən vaz keçmək istəsə də, əlləri körpüdən ayrılaraq yıxılıb və həlak olub. Hadisə yerində olan müxbirlər həmin görüntüləri lentə alıb.
Xilasedicilər vaxtında yetişsələr də, hətta körpünün üstündən də ona kömək etmək istəyənlər olsa da, qızın başı FHN işçilərinin aşağıda açdığı hava şarına rəğmən asfalta dəyib. Xəstəxanaya aparılsa da, bir müddət sonra vəfat edib.
Əldə olunan məlumata görə, qız yarımçıq sevgiyə görə, canına qəsd edib. (atv.az)[media=https://www.youtube.com/watch?v=2IWrqVlbZDk]