Donetskin cənub qərbində yerləşən Marinka rayonunda döyüşlər zamanı 12 nəfər səir götürülüb.
ANS PRESS-in məlumatına görə, bu barədə Antiterror əməliyyatının komandiri Valentin Fediçev açıqlama verib.
Onun sözlərinə görə, əsir götürülənlər arasında Rusiya vətəndaşları da var.
"Rayonda döyüşlər zamanı aralarında Rusiya vətəndaşları (hərb birinin sənədləri var) olan 12 nəfər əsir götürülüb. Hazırda həmin vətəndaşların Rusiya ordusunda xidmət edib-etmədiyi araşdırılır", deyə komandir bildirib.
Valentin Fediçev əsir götürülən Rusiya vətəndaşlarının sayı barədə açıqlama verməyib.
Xatırladaq ki, dünən Ukrayna prezidenti Pyotr Poroşenko bəyan etmişdi ki, Marinkada "təmizləmə əməliyyatı" zamanı Ukrayna hərbçiləri tərəfindən 12 nəfərlə yanaşı Rusiya vətəndaşları da əsir götürülüb.