“Bunu ancaq ağıldankəmlər deyə bilər”

6-06-2015, 10:49   


“Bir sıra Şərqi Avropa ölkələrinin Rusiyadan qorxmasına gərək yoxdur”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Onun sözlərinə görə, Rusiyanın NATO-ya hücum edəcəyini yalnız ağıldankəm insan düşünə bilər:

“Amerikalılar Rusiya ilə Avropanın yaxınlaşmasını istəmirlər. ABŞ özünün liderliyini saxlamaq istəyir. Bunun üçün ona xarici təhdid və düşmən lazımdır ki, öz təhlükəsizliyini təmin edə bilsin. ABŞ-ın hərbi xərcləri bir çox dünya ölkələrinin birgə hərbi büdcələrindən çoxdur. Rusiyanın Amerikadan fərqli olaraq, xaricdə heç bir hərbi bazası yoxdur. Amerikanın sualtı qayıqları daima Norveç sahillərində növbətçilik edir. Buradan atılan raketin Moskvaya çatma müddəti 17 dəqiqədir. Biz hətta Kubadan da bütün bazalarımızı çəkmişik. Bütün bunlardan sonra bizə deyirsiniz ki, biz aqressivik? Siz özünüz NATO-nun Şərqə doğru genişlənməsini qeyd etdiniz. Biz heç yerə tərpənmirik, amma NATO-nun infrastrukturu bizim sərhədlərə yaxınlaşır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar