Arif Məmmədovdan Steynar Gilə mesaj - "Avropa mediası məni dəstəkləməlidir"
Uzun illərdir Azərbaycanı Avropada təmsil edən, son günlərə qədər Azərbaycanin İslam Əməkdaşlıq Təşkilatındakı səfiri vəzifəsində çalışan Arif Məmmədovun sosial şəbəkədə paylaşdığı statusdan sonra daha bir mühüm mesajı üzə çıxıb.
Heç demə, səfir Məmmədov uzun illər öncə Azərbaycanda çalışan və burada demokratik ictimaiyyət arasında hələ də nüfuzunu qoruyub saxlayan diplomat Steynar Gillə (Norveçin ölkəmizdəki sabiq səfiri) dostluq münasibətində imiş.
Musavat.com xəbər verir ki, Norveçin Bakıdakı sabiq səfiri Steynar Gil özünün facebook profilində maraqlı bir status paylaşıb. Həmin statusun tərcüməsi belədir: "Səfir Arif Məmmədov məndən bunu paylaşmamı xahiş etdi:
- Cənab Steiner Gil, bunu paylaşmanızı xahiş edirəm. Mən 29.06 tarixdən 10.07 tarixə qədər Norveçdə səfərdə olacam. İnsanlar oyanıb. Azərbaycanın bütün gerçək dostlarının yardımına ehtiyacım var. Güman edirəm ki, sizinlə də görüşəcəm. Avropa mediası da mənə dəstək verməlidir. Bir xeyli SOS məlumatım var".
Mümkündür ki, üsyan bayrağı açan və buna görə də hədəfə gələn səfir Arif Məmmədov artıq Norveçə siyası sığınacaq üçün yollanır.
Musavat.com