Cənubi Afrikada dəhşətli təcavüz hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, 28 yaşındakı Ces Ford atasının gözü qarşısında təcavüzə uğrayıb. Hadisə qız 64 yaşındakı atası ilə birlikdə itlərini gəzintiyə çıxararkən baş verib.
Silahlı bir qrup adam qıza hücum edib. Qızın atası Tim Fordu ağaca bağlayan dəstə onun boğazına bıçaq dirəyib. Bundan sonra silahlı cinayətkarlar Cesə təcavüz ediblər. Bu dəhşətli hadisədən sonra məhkəməyə müraciət edən qız ifadəsində hadisənin təfərrüatlarını danışıb:
"Təcavüzkarları görəndə elə bildim ki, yalnız pulumuzu oğurlayacaqlar. Ancaq onlar atamı ağaca bağladılar. Biri atamın boğazına bıçaq dirədi, digərləri isə mənə növbə ilə təcavüz etdi. Yorulmuşdum, elə bildim heç bitməyəcək. Atamın mənə Mən buradayam Ces" dediyini eşidirdim. O kabus zamanı mənalı gələn tək şey atamın səsi idi. Təcavüzdən sonra Cənubi Afrikada yayılmış AIDS və HIV virusundan qorunmaq üçün xərçəng xəstələrinin istifadə etdiyi dərmandan istifadə etmək məcburiyyətində qaldım. Dərmanın təsirindən həftələrlə xəstə yatdım, saçlarım töküldü".
Hakim gənc qızın başına gələn hadisələri dinlədikdən və sübutları nəzərə aldıqdan sonra 5 təcavüzkar haqqında hökm oxuyub. 26-17 yaşlarında olan şəxslər ömürlük həbsə məhkum edilib.