Ağrıkəsici məlhəm

6-06-2015, 17:26   

Bəzən bədənin müxtəlif yerlərində dəhşətli ağrılar olur. İnsanlar bundan xilas olmaq üçün müxtəlif ağrıkəsicilərdən istifadə edirlər. Evdə dərman olmayanda, təbii vasitələrlə də məlhəm hazırlamaq mümkündür.

Axşam.az xarici mətbuata istinadən təbi yolla hazırlaya biləcəyiniz ağrıkəsici təqdim edir:

Razyana: Əgər mədənizdə və böyrəklərinizdə ağrı varsa, onda razyana kökünü və ya toxumunu dəmləyib, yeməkdən əvvəl için. Mütəxəssislər sübut ediblər ki, razyana təkcə ağrıkəsici olmayıb, həm də müalicə edir.

Nanə yağı: Kəskin ağrıları, spazmanı aradan qaldırır. Mədə yanmasına kömək edir. Gün ərzində 6-12 damcı ilıq suya töküb qəbul etmək lazımdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar