Quqlun yaradacağı yeni tətbiq ilə yeməklərin fotoşəkilini çəkərək kalorisini görmək mümkün olacaq. Axar.az xəbər verir ki, 'Im2Calories' adlı layihə çərçivəsində inkişaf etdirilən tətbiq sosial media istifadəçilərinin paylaşdıqları yemək fotoşəkillərinin piksellərini araşdıracaq və təxmini kalori miqdarı təyin edəcək. Tətbiq keçən həftə ABŞ-ın Boston şəhərində təşkil edilən sərgidə təqdim olunub. Sərgidə Quql rəsmisi Kevin Marfi tətbiqin milyonlarla istifadəçinin həyatını asanlaşdıracağını vurğulayıb. Yeniliyin daha çox xanımlara yardım edəcəyi, gözəl bədən quruluşunu qorumaq istəyən və dieta saxlayanların işini asanlaşdıracağı da vurğulanır.