Yalnız Bakıda: həyətində dəmiryol xətti də var, şəxsi qatarı da...

7-06-2015, 11:49   
Yalnız Bakıda: həyətində dəmiryol xətti də var, şəxsi qatarı da...
Təqdim etdiyimiz bu fotolarda gördüyünüz mənzərə qurama deyil, gerçəkdir. Fərdi ev, həyətində də “şəxsi” dəmiryol xətti, hətta qatar...

Virtualaz.org saytının fotoreportyoru bu qeyri-adi mənzərə ilə Mərdəkanda rastlaşıb və gördüklərini lentə alıb.

Mərdəkanda bir neçə il əvvəl çəkilmiş yeni yolun kənarındakı evlərdən birinin həyətindəki bu orijinal “eksponat” ev sahibinə sovet dövründən yadigar qalıb. Belə ki, bir vaxtlar bu ərazidən dəmiryol xətti keçib. Bakıətrafı qəsəbələrə işləyən elektrik qatarları buradan keçib gedib.

Sonradan yeni avtomagistralın çəkilişi ilə əlaqədar həmin dəmiryol xətti sökülüb. Köhnə bir qatar isə naməlum səbəblərdən həmin ərazidə qalıb. Görünür, relsləri sökərkən onun bir neçə metrlik hissəsini sökməyi unudublar, köhnə vaqonu söküb oradan aparmaq isə baha başa gəldiyindən onu orada atııb gediblər, ya da torpaq sahəsinin yeni sahibi bütün bunları antikvar əşya kimi saxlamaq istəyib.

Hər necə olursa olsun, hər halda real mənzərə budur. Və qəsəbə sakininin həyətindəki bu qatar görənləri təəccübləndirməkdə davam edir.

Samirə Həsənova

Fotolar müəllifindir

Virtualaz.org




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar