Xəbər verdiyimiz kimi, dünən Füzuli rayonunda dəhşətli yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər ağır yaralanıb.
Vəfat edən şəxslərdən biri Quliyev İlkin İdris oğludur. Ölümündən 1 ay əvvəl ailə həyatı quran İlkin mühafizəçi olub. O, Füzuli rayon Diaqnostika Mərkəzində işləyirmiş.
Qeyd edək ki, qəza dünən gecə saatlarında rayonun Bala Bəhmənli kəndində qeydə alınıb. “BMW” markalı maşın idarəetməni itirərək yolun kənarında dayanan 8 şəxsi vurub.