Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Arif Məmmədov Norveçə sığınacağı haqda xəbərlərə reaksiya verib.
Diplomat Axar.az-a açıqlamasında Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilə müraciət etməsi barədə yayılan xəbərlərə reaksiya verib. Səfir qeyd edib ki, deyilənlərin heç bir əsası yoxdur:
“Haqqımda böhtan xəbəri o qədərdir ki... Bu da onlardan biridir”.
Qeyd edək ki, A.Məmmədovun iyunun 29-dan iyulun 10-a kimi Norveçdə olacağı və həmin müddətdə Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gillə görüşmək istədiyi barədə xəbər yayılıb.
Diplomat mayın 19-da Binəqədidə yanan bina ilə bağlı yazdığı statusla gündəmə gəlmişdi. Azərbaycan XİN araşdırmaya başlamış, bu statusları qeyri-etik və diplomata yaraşmayan mövqe adlandırmış, araşdırma aparıldığını açıqlamışdı, millət vəkili Siyavuş Novruzov isə yazılanların həqiqət olacağı təqdirdə səfirin dərhal geri çağırılmasının vacibliyini vurğulamışdı.