Abutalıbov oliqarxların villalarını musiqi ilə sökdürür
8-06-2015, 18:05
Bakının “Dostluq” parkı ərazisində qanunsuz tikilmiş villalar musiqi sədaları altında sökülür.
Virtualaz.org SpaceTV-yə istinadən bildirir ki, bunun üçün söküntü işləri aparılan əraziyə xüsusi ansambl gətirilib. Onun ifa etdiyi musiqi nömrələri baş verənlərə təntənə fonu qatır.
O da maraqlıdır ki, söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsın nəzarət edir.
Bakı merinin bildirdiyinə görə, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək.