Yaponlar qan qrupu məsələsinə ciddi yanaşan ilklərdəndir. Onlar işə qəbul, idman komandalarının təşkili zamanı da qan qruplarına görəseçimə üstünlük verirlər. Yaponiyada valideynlər hətta kiçik yaşlı uşaqlarını da bağçada qan qrupuna uyğun təşkil olunmuş qruplara yazdırmağa çalışırlar. Şəxsi münasibətlərin qurulmasında da yaponlar üçün qan qrupu böyük əhəmiyyət kəsb edir. Koreya kinomatoqrafçıları bu barədə hətta çox romantik bir film də çəkiblər.
Araşdırmalar zamanı mənim diqqətimi belə bir fakt çəkdi ki, yol hərəkəti qaydalarına ciddi riayət edən insanlar arasında AB(IV) qan qrupluları üstünlük təşkil edirlər.Bu fakt ötənlərdə olmuş həmin söhbətə - polislərin bu insanlar haqqındakı qənaətinə müəyyən aydınlıq gətirmiş oldu.
Dördüncüqruplular xəsis yox, qayda-qanuna riayət etməyi sevən insanlardır. O ki, qaldı sizin sualınıza- eqoistliyə, əslində onlar eqoist deyillər.
Üçüncüqrupluların meyilli olduqları sərbəstlik və məsələlərə fərdi yaradıcılıqla yanaşmaları onlarla ehtiyatlı davranma tələb edir ki, bu da yaponıar üçün arzuedilməz sayılır.Yaponiyada belə qəbul olunsa da, Amerikada əhalının 9%, milyonçuların isə 40 %-ni məhz haqqında danışdığımız B(III) qan qrupundan olanlar təşkil edir.
Dünya tibb araşdırmaçılarının əldə etdiyi statistik göstəricilərbunu göstərir ki, sinir sisitemi ilə bağlı problemlərə daha çox III(B) və IV(AB) qan qrupundan olan insanlar meyillidirlər. Öd və qara ciyər xəstəliklərindən əziyyət çəkən insanlar arasinda II(A) qan qrupulular çoxluq təşkil edirlər. Bağırsaq infeskiyalarına qarşı III(B), allergiyalara isə I(0) qan qrupu sahibləri daha çox həssaslıq nümayış etdirilər.
Ana olmaq hər bir qadının bəşəriyyət qarşısındaki borcu və bu dünyadakı əsas missiyasıdır.Biz ana olma şansı ilə qan qrupu arasındaki bağlılığı diqqətə gətiririk ki, bəlkə zamanında dogru qərar verməyə kimlərəsə köməyi dəyər.Bütün bunlar "Qanımızın səsi"kitabında toplanaraq faydalanmaq istəyən hər kəsə təqdim olunub. (interaz)