Məşhur falçı və astroloq Cuna Davitaşvili iyunun 7-də Moskvadakı evində dünyasını dəyişib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o qəfildən özünü pis hiss edib və ölüb.
Falçı qadının qonşusu aktyor Stanislav Sadalskiy Cuna Davitaşvilinin 2 gün komada olduğunu yazıb. Onun sözlərinə görə, son vaxtlar bədənindəki qan dövranın pozulması səbəbindən 66 yaşlı falçı “canlı ölünü” xatırladırdı. O deyib ki, Cuno Davitaşvili 2001-ci ildə 26 yaşlı oğlu Vaxtanqın avtomobil qəzasında ölməsindən sonra xüsusən pisləşmişdi.
1949-cu il iyulun 22-də Krasnodar diyarının Urmiya kəndində doğulan Cuna Davitaşvili milliyətcə assuriyalı olub. O, uzun illər Tbilisidə və Moskvada yaşayıb.
“Admiral Naximov” teploxodunun batmasını, Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanı öncədən söyləmişdi.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Leonid Brejnev, rəssam İlya Qlazunov, aktrisa Culyetta Mazina, rejissor Federiko Fellini,
aktyorlar Robert De Niro və Marçelo Mastroyani vaxtı ilə onun xidmətlərindən istifadə ediblər.