Erməni “prezidenti” ilə bağlı – Şok faktlar

9-06-2015, 13:07   

“Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan və onun ailəsi barədə ilginc xəbərlər yayılıb”. Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, Saakyanın Sasun adlı şəxsi mühafizəçisinin oğlu Kamo sosial şəbəkələrdə Saakyanın şəxsi biznesi və ailəsi haqqında bir-birindən maraqlı yazılar paylaşıb. Məlumata görə, o, atasından eşitdiklərini sosial şəbəkələrdə paylaşaraq Saakyanın Kəlbəcər və Drambonda qızıl mədənləri, Fransa və İsveçrədə malikanələri, bank hesabları, Gürcüstan və Rusiyada isə biznesinin olduğunu, ailəsinin dincəlmək üçün ən çox Fransa və İsveçrəyə getdiyini vurğulayıb. Xüsusən oğlunun ən son model maşın parkının olduğunu və vaxtının çox hissəsini Fransada əlyəncə məkanlarında keçirdiyini yazıb. Bundan başqa Kamo hərkəsi əsgərliyə getməyə səsləyərək, xidmət yaşının çatmasını gözlədiyini bildirib. O, Saakyanın qızının Qarabağda xidmət edən əsgərlərdə telefon nömrəsinin olduğunu və mütəmadi olaraq onlarla görüşdüyünü bildirərək, məhz bu səbəbdən əsgərliyə getmək üçün səbirsizləndiyini yazıb. Kamonun yazdığına görə, atası gecələr evə gəlmir, eyş-işrət məclislərində səhərə qədər Saakyanın yanında olur, onun kirli işlərini görür. Atasının əslində “rəhbərin” dostu olduğunu, onun maraqları üçün silahdan da istifadə etdiyini və Saakyanın onların arxasında olduğunu qürurla yazaraq qürrələnən Kamo atasının xarici ölkələrdən Qarabağa göndərilən yardımların Ermənistanın digər rayonlarına daşınaraq satışını təşkil etməsində Saakyanın ən etibarlı adamı olduğu barədə də fikirlər bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar