Məlum olduğu kimi ANS tv-də efirə gedən “İncə maraqlar” verlişində aparıcı Elnarə Təhməzovanın hicabla bağlı fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb və qalmaqala səbəb olub. Bu gün də bir qrup dindar ANS-ə gedərək aparıcının üzr istəməsini tələb ediblər. Bu isə qalmaqalın böyüdüyündən xəbər verir. Bəs görəsən telekanallara nəzarət edən dövlət qurumu Milli Teleradio Şurasının bu məsələyə münasibəti necədir? MTRŞ sədrinin müavini Toğrul Məmmədov Yenilik.Az-a açıqlamasında ibldirdi ki, “Aparıcı ”Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanununu pozub. Ona görə də efirdən uzaqlaşdırılmalıdır. Biz bu barədə ANS-in tədbir görməsini gözləyirik. Əgər tədbir görülməsə MTRŞ yeni səlahiyyətlərindən istifadə edərək özü tədbir görəcək.”
ANS rəsmisi Mais Məmmədov isə AzNews-a açıqlamasında bildirib ki, ““Çox adam çox şey yaza bilər. Xoşlarına gəlmir baxmasınlar. Hamı indi tələb edir. Gözümüz aydın, nə qədər kanal var, başqasına baxsınlar. O aparıcı konkret kimisə təhqir etməyib. Mən başa düşmürəm, niyə aparıcıya xəbərdarlıq olunmalıdır ki? Azad şirkətin azad jurnalistidir. Sabah da deyərlər ki, paltarı xoşlarına gəlmir, buna görə biz kimisə işdən çıxarmalıyıq?”.
Yenilik.Az