Bu görüntülər iki gün ərzində 3 milyon izləndi - VİDEO
9-06-2015, 19:28
ABŞ-da bir gənc ev şəraitində dünyanın ən təhlükəli silahlarından birini hazırlamağa müvəffəq olub.
Uzun illərdir lazer şüalarına həvəs göstərən Dreyk Entoninin hazırladığı qeyri-adi silahdan çıxan şüa əşyaların içindən keçməklə onları yandırmağa qadirdir.
5 vatlıq lazer dalğasını özündə birləşdirən silahla müxtəlif əşyaları alova qərq etmək mümkündür. Litium batereyası ilə işə düşən silah görüntüləndiyi ilk gündən ölkədə geniş rezonans yaradıb. Bu silahla qan tökmədən ciddi insan tələfatına səbəb olmaq olar.
Ali məktəbdə təhsil alan gəncin şəxsi təşəbbüsü sayəsində ərsəyə gətirdiyi təhlükəli lazer silahı bu silahla bağlı yeni qanunlar qəbul edilməsini də gündəmə gətirə bilər. Amma Dreyk Entoni də əlindəki silahın hansı fəsadlara yol açacağını bildiyindən, qarajdan bayıra çıxartmır.
Dreykin hazırladığı bu silahın buraxdığı lazer şüasının təsir məsafəsi də o qədər də çox deyil. Bununla belə batereyanı gücləndirməklə onlarla metr uzaqlıqdan dayanıb, yanğın törətmək mümkündür. (atv.az)