Davudoğlu istefa verdi

9-06-2015, 20:38   
Davudoğlu istefa verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunun istefasını qəbul edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Davudoğlu özü açıqlama verib.

"Prezidentimiz bu günə qədər göstərdiyim xidmətlərdən dolayı təşəkkürünü bildirdi. Yeni hökumətin tərkibi formalaşdırılana qədər vəzifəmin icrasını davam etdirməyimi istədi", deyə Davudoğlu bildirib.

Xatırladaq ki, iyunun 7-də Türkiyədə baş tutan parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar