Toy günü ölən gəlin “Vağzalı” ilə dəfn edildi FOTOLAR

10-06-2015, 12:42   
Toy günü ölən gəlin “Vağzalı” ilə dəfn edildi FOTOLAR
Bakıda toyu günü baş verən qəza nəticəsində dünyasını dəyişən Vəsilə Rzayeva dəfn olunub.

Bu barədə azvision.az-a mərhumun qohumları məlumat veriblər. Bildirilib ki, dəfn mərasimi ötən gün axşam saatlarında baş tutub: “Artıq Vəsiləni dəfn etmişik. Hava çox isti olduğundan onun nəşini saxlaya bilmədik. Rəhmətlik gözəl insan idi. Orta məktəbi yeni bitirmişdi. Evin tək qız idi”.

◀▶
Qohumlarının sözlərinə görə, V.Rzayeva “Vağzalı” sədaları ilə torpağa tapşırılıb: “Onu “Vağzalı” sədaları altında dəfn etdik. Bu, çox dəhşətli idi. Onun nişanlısı da dəfn mərasimində iştirak edirdi. Oğlan da yaxşı insandır. Nə edək, tale elə gətirdi. Hazırda valideynləri çox pis vəziyyətdədirlər. Onlar hadisənin şokundan ayıla bilmirlər. Onu ağ gəlinlikdə torpağa tapşırdıq. Toya gələn bütün qonaqlar onun yasında iştirak edirdilər”.

* * * 11:29

Bakıda gəlinin toyu günü faciəvi şəkildə ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxucular milli.az-a yazırlar ki, qəzaya düşən maşının sürücüsü Sail Bədirli bəyin sağdışı olub. Onun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Avtomobildə olan 25 yaşlı gəlin Vəsilə Qurbanova dünyasını dəyişib. Sürücü və onun xanımı Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin vəziyyəti ağırdır.

V.Qurbanova öz sevdiyi oğlanla 5 il nişanlı qalıb. Dünən isə çoxdan arzuladıqları toy baş tutacaqdı. Ancaq gözlənilməz qəza onlara arzularına çatmağa imkan vermədi.

* * * 10:15

Bakıda gəlin toyu günü yol qəzasında ölüb.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.

Qəza zamanı Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün "gözəllik salonu"na gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib. Amma salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb.

Qeyd edək ki, qəza zamanı gəlinin yanında olan və şəxsiyyəti hələlik məlum olmayan bir qadın da hadisə yerində dünyasını dəyişib.

Qəza ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar