"Ərim mənə üzümü də tamamilə örtməyi tapşırdı, mən şokda idim" (FOTO)

10-06-2015, 17:18   
"Ərim mənə üzümü də tamamilə örtməyi tapşırdı, mən şokda idim" (FOTO)
Əhəmiyyətinə görə İraqın ikinci şəhəri sayılan Mosuldan əldə edilən eksklüziv çəkiliş İŞİD şəhəri tutduqdan bir il sonra sakinlərin gündəlik həyatını göstərir. ANS PRESS-in məlumatına görə, BBC-nin əldə etdiyi gizli çəkilşdə məsçidlərin partladılması, boşalmış məktəblər və təpədən dırnağa kimi örtən paltar geyməyə məcbur edilən qadınlar göstərilib.

Sakinlər daim qorxu içində yaşadıqlarını deyirlər. Onlar İŞİD-nin hökümət qüvvələrinin hücumuna hazırlaşdığını bildirirlər. Ölkənin şimalında sürətli irəliləyiş, ordunun darmadağın edilməsi və yüz minlərlə insanın qaçqına çevrilməsi Mosulun süqutundan başladı.

1. Qadınlara nəzarət






Son ilin bir neçə ayı ərzində çəkilmiş bu video insanların İŞİD nəzarəti altında necə yaşadığını göstərir. Birinci seriyada qadınların başdan-ayağa örtən paltar geyməyə məcbur edildiyi, əli açıq qalmış bir qadınа buna görə xəbərdarlıq edildiyi göstərilib.

Hanaa qadın geyimiilə bağlı İŞİD qaydalarının çox sərt olduğunu deyir: "Qadını təpədən dırnağadək qara libas örtməlidir. Günlərin bir günü mən ərimlə şəhərə gəzməyə çıxmaq istədim. Sifəti açıq qoyan paltar (ximər) geymək istəyəndə, ərim mənə üzümü də tamamilə örtən (niqab) geyməyi tapşırdı. Mən şokda idim, çünki İŞİD şəhəri tutandan sonra evdən bayıra çıxmırdım və şəhərdəki vəziyyətdən xəbərim yox idi.

Biz əvvəllər baş çəkdiyimiz bir restorana getdik. Həmin restorana müştərilər ailəliklə gəlir. Yerlərimizi tutandan sonra ərim mənə üzümü aça bildiyimi dedi. Lakin üzümü açanda, restoran sahibi dərhal gəlib ərimdən üzümü örtməyim üçün yalvardı. Sahibin sözlərinə görə, İŞİD müffəttişləri qəfildən bura gəlib mənim üzüaçıq olduğumu görsələr, onu qamçılayacaqdılar. Restoranı tərk edəndə isə, başdan ayağa qaraya bürünmüş qızını axtaran bir atanı gördüm".

2. Azlıqların təqibi






Çəkilişdə göstərildiyi kimi, Mosulun etnik və dini azlıq icmalalarına məxsus evlər İŞİD tərəfindən müsadirə olnur. Azlıqların bir vaxtlar yaşadığı ərazilər hazırda boş qalıb.

İxtisasca ginekoloq olan Məryəm xristiandır. O, Mosulun tutulması ərəfəsində sünni ekstremistlər tərəfindən hədələndiyini deyir: "Lakin din-məzhəbindən asılı olmayaraq qadın pasiyentlərimin uşaq doğuşunu ayrı-seçkilik olmadan həyata keçirirdim. Mosul tutulandan sonra, mən şəhəri tərk etməli oldum. Özüm salamat olsam da, ruhum orda qalmışdı - evimdəki kitablarımın yanında. Ərbilə gəldikdən sonra mənə şok xəbər çatdı: İD mənim evimi müsadirə edərək, onu xristian olduğumu anladan "N" hərfilə işarələyib. Mən dərhal Mosuldakı dostlarıma zəng vuraraq onlara kitablarımı xilas etmələri üçün yalvardım. Lakin artıq gec idi. Kitablarım küçəyə atılmışdı. Bəzi nadir kitabları qonşularım xilas edərək gizlədə bilib".

3. Hədə, cəza və işgəncə






Videoda sakinlər cihadçıların İslam qanunlarının yozum fərziyyəsinə etiraz edənlərin amansızcasına cəzalanmasından danışır.eləcə də, məscid və məbədlərin məhv edilməsi əks olunub.

Zaid adlı sakin bildirir ki, İŞİD şəhəri tutduqdan sonra, Xilafət qanunları tətbiq olunmağa başlandı: "Ən yüngül cəza qamçılanmadır. Misal üçün, siqaret çəkənləri belə cəzalandırırlar. Oğruların əlini kəsirlər, zina edən kişi hündür binadan yerə atılır, qadın isə ölənədək daşa tutulur. Cəza ictimai yerlərdə icra olunur ki, camaatın gözü qorxsun.

İŞİD çox adamı həbs edib, onlara işgəncə verilib, onlardan bəziləri azadlığa çıxıb, bəziləri isə öldürülüb. Həbsxanada təsəvvüredilməz vəhşiliklərin baş verdiyindən danışırlar. Həbsxanadan çıxanların çoxu bu barədə danışmamağa üstünlük verir. Onlar yenidən həbs olunacaqlarından ehtiyat edir.

Fuadın da danışdıqları dəhşətlidir: "Məni İŞİD həbs etmişdi. Onlar qardaşımı axtarırdı. Onu tapa bilmədiklərinə görə, məni həbs etdilər. Onlar mənə işgəncə verirdilər. İşgəncə verən adam məni kabel parçası ilə qamçılayırdı, mənəvi işgəncələr də verilirdi. Qardaşım onlara təslim olanda, ona qarşı ittihamların saxta olduğu bəlli oldu. Lakin yaralarım sağalana qədər məni həbsdə saxladılar. Kabel parçası ilə kürəyimə vurulan zərbələrin izi hələ də qalır".

4. Gündəlik həyat tərzi pozulub






Videodan görünür ki, Şəhər sakinlərinin həyat tərzi tanınmaz dərəcədə dəyişib. Şəhərdə yanacaq qıtlığının yaranması, ərazilərin zibillənməsi, tikinti işlərinin dayandığı, məktəblərin bağlandığı aydın olur.

Hişam deyir ki, həyat inanılmaz dərəcədə dəyişib: "Kim ki, orduda qulluq edib və günəmuzd işləyib, onlar pulsuz qalıb, çünki daha iş yoxdur. Varlılar yığdıqlarının hesabına yaşayır, maaşa baxan güclə dolanır, yoxsulların isə ümidi tək Allaha qalıb.
Mən işimi itirdim, təhsili atmağa məcbur oldum. İŞİD hər şeyi "haram" saydığından, oturub evdə qaldım. Şəhərin yenidən qurulması üçün İD hamıdan maaşının dörddə birini kəsir. Camaat "yox" deyə bilmir. İŞİD qurumu hər sahəyə nəzarət edir".
İŞİD hətta məscidlərdə imamları da öz tərəfdarları ilə əvəzləyib. Mənim qardaşım namaz vaxtı dükanını bağlamadığına görə 20 şallaqla cəzalandırılıb".

5. Tərbiyə və nəzarət






Videodan silahlıların şəhər əhalisini nəzarətdə saxlamaq üçün elan yayan "media məntəqəsi" adlanan mürəkkəb texnikadan istifadə etdiyi aydın olur. Mahmudun söylədikləri İŞİD-in məktəblərdə təbliğat aparmasından xəbər verir: "Məktəblər İŞİD nəzarətindədir. Mənim 12 yaşlı qardaşım buna baxmayaraq, məktəbə getməkdə davam edirdi, çünki başqa seçim imkanı yox idi. Lakin günlərin bir günü onu İŞİD bayrağının rəsmini çəkdiyinin, İŞİD mahnısını zümzümə etməsinin şahidi oldum. Mən kiçik qardaşımın çəkdiyi rəsmi cıraraq ona bir daha həmin mahnını oxumamasını tapşırdım. Biz uşağı dərhal məktəbdən uzaqlaşdırdıq, çünki İŞİD ideologiyasını öyrənməkdənsə məktəbə getməməsi daha yaxşıdır".

6. İŞİD taktikası və logistikası






Videoda silahlıların ağır toplardan və təyyarə əleyhinə raketlərdən istifadə etdiyi görünür. Zaid deyir ki, İŞİD bilir ki, ordu Mosulu geri almağa çalışacaq, buna görə onlar ehtiyat tədbirləri görürürlər. Onlar barrikadalar qurmaqla, tunellər qazmaqla, mina və bomba quraşdırmaqla şəhəri dağıdıblar. Şəhərdə snayperlər yerləşdirilib, ordunun işi çox çətin olacaq. Hökümət Mosulu geri ala bilsə, qaçqın və köçkünlər geri qaydardı, biz birlikdə vahid İraq dövlətini qurardıq. İŞİD bəşəriyyətin düşmənidir".
Mən narahatam kı, Xalq Səfərbərliyi (əsasən şiələrdən ibarət hökümətpərəst silahlı dəstə) tərəfindən Tikritdə törədilən zorakılıqlar Mosulda da təkrarlana bilər. Onda bütün səylər hədər gedə bilər. Hökümət yerli camaatı silahlandırmalıdır kı, onlar özlərini müdafiə etsinlər. Allahın köməyilə İŞİD-ni məğlub edəcəyik".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar